EN

Bakıda 60 yaşlı kişi qətlə yetirildi – bacısı oğlu saxlanıldı

Bakıda 60 yaşlı kişi qətlə yetirilib, bacısı oğlu şübhəli qismində saxlanılıb.

Trfibunainfo.az xəbər verir ki, hadisə avqustun 19-da Xətai rayonunda qeydə alınıb.

Bildirilib ki, 1965-ci il təvəllüdlü Firdovsi Həsənovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən bacısı oğlu, əvvəllər qəsdən sağlamlığa ağır zərər vurma və narkotiklə əlaqəli cinayətlərə görə məhkum olunmuş 1993-cü il təvəllüdlü Rəhim Qasımov saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.

Chosen
84
23
tribunainfo.az

10Sources