Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti Ağdam rayonunda genişmiqyaslı infrastruktur işləri ilə bağlı yeni tender elan edib.
BAKU.WS-in məlumatına görə, tender çərçivəsində iki iri layihə üzrə satınalma həyata keçiriləcək.
Onlardan biri "Ağdam rayonu, 4-cü mərhələ üzrə transformator məntəqələrinin və xarici elektrik təchizatının tikinti-quraşdırma işləri"dir. Layihənin dəyəri 4,3 milyon manatdan çoxdur.
Digər layihə isə "Ağdam rayonunun 4 nömrəli yaşayış massivi üzrə su-kanalizasiya, yaşıllıq, yol, səki və abadlıq işlərinin" satın alınmasını əhatə edir. Bu işlərin ehtimal olunan qiyməti isə 4,1 milyon manata yaxındır.
Bu layihələrin icrası Ağdam şəhərinin elektrik təminatının yaxşılaşdırılması, su-kanalizasiya sistemlərinin yenilənməsi, həmçinin yol və abadlıq işlərinin aparılması ilə rayon sakinlərinin həyat şəraitinin yaxşılaşmasına töhfə verəcək.