EN

ADY: 7 ayda qatarlar təsərrüfat heyvanları ilə 27 dəfə toqquşub

Bu ilin yanvar-iyul aylarında “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) məxsus qatarlar sahibsiz buraxılmış təsərrüfat heyvanları ilə 27 dəfə toqquşub.

ADY-dən Bizim.Media-ya verilən məlumata görə, nəticədə heyvanlar tələf olur, qatarlara zərər dəyir, maşinist təcili tormozlama etməli olur ki, bu da sərnişinlərin həyatına risk yaradır.

Həmin heyvanların sahibləri qanunvericiliyə uyğun olaraq cərimələnir.
 

Bildirilib ki, ADY-nin sıx məskunlaşma ərazilərindən keçən dəmir yolu xətlərinin ətrafına çəkdiyi hasarlar bəzən bu cür məsuliyyətsiz davranışları “hasarlaya" bilmir.


“Yol hərəkəti haqqında” qanunun tələblərinə əsasən mal-qaranı dəmiryol xətlərindən xüsusi ayrılmış yerlərdən kənarda, günün qaranlıq vaxtında, məhdud görünmə şəraitində keçirmək qadağandır. Sürü mal-qara dəmiryol xəttindən təhlükəsiz keçirilmək üçün dəstələrə bölünməlidir.

Bizim.Media

Chosen
44
18
bizim.media

10Sources