ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
Qırğızıstanın su resursları, kənd təsərrüfatı və emal sənayesi nazirinin müavini korrupsiyada əli olmaqda şübhəli bilinərək respublikanın xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə ölkənin Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsindən məlumat verilib.
"Nazir müavini və nazirliyin Baytarlıq Xidmətinin direktoru kənd təsərrüfatı heyvanlarının ixracına kvotaların verilməsində korrupsiya sxemi təşkil etdiklərinə görə saxlanılıblar", - deyə məlumatda bildirilib.
Şübhəlilərin adları və soyadları istintaqın maraqları baxımından açıqlanmır.
Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsindən xatırlatdığı kimi, 2025-ci ilin iyulunda Qırğızıstan hakimiyyəti daxili bazarda ətin qiymətlərini tənzimləmək üçün mal-qaranın ixracına kvota tətbiq edib. Lakin saxlanılan şəxslər "heyvandarlıqla faktiki məşğul olmayan şəxslərə qanunsuz olaraq kvotaların verilməsi" üçün korrupsiya sxemi təşkil ediblər.
"Nəticədə vasitəçi-sahibkarlar qanunsuz əldə etdikləri kvotaları fermerlərə və mal-qara ixracı ilə məşğul olan fiziki şəxslərə satmaqla reallaşdırıblar. İribuynuzlu mal-qaranın bir vahidini 300 ABŞ dollarına, xırdabuynuzlu mal-qaranın bir vahidini isə 5 min soma satıblar", - deyə qeyd edilib. Ümumilikdə bu cür sxemlərdən istifadə etməklə, Qırğızıstanın Cəlal-Abad vilayəti vasitəsilə qonşu Özbəkistana qeyri-qanuni yollarla 40 min başdan çox mal-qara aparılıb ki, bu da "ətin qiymətinin artmasına" səbəb olan faktora çevrilib.
"Hazırda başlanmış cinayət işi çərçivəsində adıçəkilən vəzifəli şəxslər Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin Cəlal-Abad rayonundakı İstintaq Təcridxanasına yerləşdirilib, araşdırma aparılır", - deyə məlumatda qeyd edilib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.