EN

Azərbaycanda 30-dan çox startap vençur fondları vasitəsi ilə maliyyələşdirilib

İndiyə qədər Azərbaycanda 30-dan çox startap vençur fondları vasitəsilə investisiya əldə edib və bunun genişləndirilməsi istiqamətində qurumlarla iş aparılır.

“Report” xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov Bakıda keçirilən "İnnostart" layihəsinin yekun tədbirində bildirib.

Onun sözlərinə görə, innovasiya ekosisteminin inkişafı üçün mühüm elementlərdən biri də startapların əlçatan maliyyələşmə alətləri ilə təmin olunmasıdır: "Bu baxımdan, beynəlxalq təcrübə nəzərə alınaraq həm vençur maliyyələşməsi, həm də mələk investisiyaların formalaşdırılması istiqamətində davanlı tədbirlər həyata keçirilir. Hazırda ölkəmizdə 3 vençur fondu fəaliyyət göstərir və onların sayının artırılması istiqamətində Agentlik işlər aparır".

Chosen
27
1
report.az

2Sources