EN

Əfqanıstanda ağır yol qəzasında azı 71 nəfər ölüb

Əfqanıstanın Herat vilayəti hökumətinin sözçüsü Əhmədullah Müttəqi və yerli polisin məlumatına görə, Əfqanıstanın qərbində qonşu İrandan bir müddət əvvəl deportasiya edilmiş qaçqınları daşıyan sərnişin avtobusunun yük maşını və motosikletlə toqquşması zamanı baş verən yanğın nəticəsində 17-si uşaq olmaqla azı 71 nəfər həlak olub.

“İki sahil” xarici mediaya istinadla xəbər verir ki, Herat polisi bildirib ki, qəza avtobusun həddindən artıq sürətlə hərəkət etməsi nəticəsində baş verib. Qəza İranın daxili işlər naziri İsgəndər Mömüninin gələn ilin mart ayına qədər daha 800 min əfqanın ölkəni tərk etməli olacağını elan etdikdən bir gün sonra baş verib.

Herat şəhəri yaxınlığındakı Quzara rayonunun polisi qəzaya motosikletin də qarışdığını bildirib. Ölənlərin əksəriyyəti avtobusda olub, lakin yük maşınında olan iki nəfər, həmçinin motosikletdə olan daha iki şəxs həlak olub.

Əfqanıstanda onilliklər ərzində davam edən müharibədən sonra dağılan magistral yollarda təhlükəli sürücülük və tənzimləmənin olmaması səbəbindən yol qəzaları tez-tez baş verir.

Avqustun 15-də Aktobe vilayətində baş verən qəza nəticəsində 4 nəfərin öldüyü, daha 3 nəfərin yaralandığı bildirilib.

Chosen
18
2
ikisahil.az

3Sources