EN

KOBİA-nın maliyyələşdirdiyi qrant layihələrinin ümumi dəyəri 2 milyon manatı keçib

İndiyə qədər İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) 2,2 milyon manat dəyərində qrant layihələri maliyyələşdirib.

"Report" xəbər verir ki, bunu Agentliyin İdarə Heyəti sədrinin birinci müavini Samir Hümmətov Bakıda keçirilən "İnnostart" layihəsinin yekun tədbirində bildirib.

Onun sözlərinə görə, layihələrin 20-dən çoxu rəqəmsallaşma ilə bağlıdır.

"Bununla yanaşı, bu günə qədər 220 ədəd startap şəhadətnaməsi verilib. Startap şəhadətnamələrinin təqdimatı tam ədalətli və ekspertlər şurasının qiymətləndirməsi əsasında həyata keçirilir", - deyə KOBİA rəsmisi əlavə edib.

Chosen
58
3
report.az

5Sources