İsrailin müdafiə naziri İsrael Katz Qəzza şəhərinin tutulması üçün “Gideonun arabaları 2” adlı əməliyyat planını təsdiqləyib.
Missiya.Az xəbər verir ki, bu barəd İsrail KİV-i məlumat yayıb.
Nazir bildirib ki, onun məqsədi şəhəri ələ keçirmək, bütün girovları azad etməklə hərbi əməliyyatların dayandırılması üçün şərait yaratmaq, HƏMAS hərəkatını tərksilah etmək və yüksək rütbəli məmurlarını ölkədən çıxarmaq, Qəzzanı demilitarizasiya etmək və yaşayış məntəqələrini qorumaq üçün təhlükəsizlik zonası yaratmaq olacaq.
Katzın sözlərinə görə, əməliyyatın başa çatması ilə Qəzza üzünü dəyişəcək və artıq əvvəlki kimi görünməyəcək.
Daşqın HəsənovMissiya.Az