EN

“Zəfər” şahmat turniri qaliblərinin Şuşa şəhərinə infoturu təşkil olunub - VİDEO

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi “Zəfər” şahmat turnirinin qaliblərinin Şuşa şəhərinə infoturunu təşkil edib.

"Unikal" xəbər verir ki, tədbir Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə həyata keçirilib. Dövlət Komitəsinin bu ilin may ayında keçirdiyi, Böyük Qayıdışa həsr olunmuş “Zəfər” şahmat turnirində məcburi köçkün məktəblilər iştirak ediblər.

Turnirin qaliblərinin – ilk üç yeri tutanların və həvəsləndirici mükafatlara layiq görülənlərin işğaldan azad edilmiş ərazilərə səfərinin təşkilində məqsəd onları doğma yurd yerlərimizlə və geri qayıdan əhalinin yaşayış şəraiti ilə yaxından tanış olmasına şərait yaratmaqdır. Yeniyetmə şahmatçılar Şuşa şəhərində Prezident İlham Əliyevin tapşırıqları və Böyük Qayıdışa dair I Dövlət Proqramının Tətbirlər Planı çərçivəsində aparılan bərpa-quruculuq işləri ilə tanış olub, Şuşa qalasına, Molla Pənah Vaqifin məqbərəsinə, Yuxarı Gövhər Ağa Məscidinə, İsa bulağına və Cıdır düzünə baş çəkiblər. Ölkəmizin mədəniyyət paytaxtından məktəblilər xoş təəssüratla ayrılıblar.

Dövlət Komitəsi Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planı çərçivəsində işğaldan azad edilmiş ərazilərə infoturları davam etdirəcəkdir. Qeyd edək ki, infotur işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işlərinin aparılması tədbirləri çərçivəsində həyata keçirilib.

Chosen
49
6
unikal.az

7Sources