EN

Uğurlar, “Qarabağ”! - AFFA prezidentindən PAYLAŞIM


AFFA prezidenti Rövşən Nəcəf "Qarabağ" klubu ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib. Qurum rəhbəri öz paylaşımında qeyd edib ki, o "Qarabağ"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqəni təmin edəcəyinə inanır.
"Qarabağ" Futbol Klubunu UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda, səfərdə Macarıstanın "Ferentsvaroş" komandasına qalib gəlməsi münasibətilə ürəkdən təbrik edirəm. İnanıram ki, təmsilçimiz cavab qarşılaşmasında da əzmkar mübarizə nümayiş etdirərək, turnirin Liqa mərhələsinə vəsiqəni təmin edəcək. Uğurlar, “Qarabağ”, - deyə qurumun prezidenti bildirib.

Mətləb

Chosen
35
16
baki-xeber.com

10Sources