EN

Çindən əzələ nümayişi - hipersəs raketlər, yeni tanklar, pilotsuz sistemlər...


Çin Xalq Azadlıq Ordusu Pekində keçiriləcək hərbi paradda hipersəs raketləri, yeni tanklar və pilotsuz sistemlər nümayiş etdirəcək. Bu barədə hərbi paradın keçirilməsi üzrə aparıcı işçi qrupunun rəis müavini, ÇXR Mərkəzi Hərbi Komissiyasının Birləşmiş Qərargahının əməliyyat idarəsinin rəis müavini, general-mayor Vu Tseke deyib.
O, mətbuat konfransında bildirib ki, əsas hissə ordunun sistemli döyüş qabiliyyətini nümayiş etdirəcək yeni tanklar və daşıyıcı təyyarələr üçün döyüş modulları kimi dördüncü nəsil silahlardan ibarətdir. Digər bir xüsusiyyət hipersəs, zenit və raket əleyhinə, eləcə də strateji raketlər kimi bir sıra qabaqcıl silah növlərinin nümayişidir.

Mətləb

Chosen
15
9
baki-xeber.com

10Sources