EN

“Qoduş”lu, “dımbır”lı, “dina”lı, “diniş”li, “dodu”lu orfoqrafiya lüğətimiz… - Təbriz VƏFALI YAZIR

Təbriz VƏFALI

***

Azərbaycan dilinin zənginləşdirilməsində, dilimzə yeni sözlərin daxil edilməsində bizim kəndin, həmkəndlilərimin müstəsna və əvəzsiz xidmətləri çoxdur. Çünki kəndimizdə elə sözlər işlədilir ki, başqa regionlarda, rayonlarda, kəndlərdə bu sözləri kimsə eşitməyib. Üstəlik, bəzi sözlərin sonluğuna əlavələr etməklə yeni sözlər və ayamalar icad etməkdə kəndçilərimin dünyada tayı-bərabəri yoxdur.

O gün (bizim kənddə müsəlmanın “o günü” deyiləndə 2-3 ay əvvəlki tarix nəzərdə tutulur) kəndimizə getmişdim. 
75 yaşlı el ağsaqqalı, 50 ildən çox Azərbaycan dili və ədəbiyyat müəllimi işləmiş Əlibala əmi əlində kitab qırğı kimi başımın üstünü kəsdirdi, açdı sandığı, tökdü pambığı. Dedi, ay bala, Azərbaycan dilinin orfoqrafiya lüğətini almışam. Orda yazılan bəzi sözləri başa düşə bilmirəm. Allahını sevərsən, mənə başa sal. 

Ürəyimdə dedim ki, vallah, kəndçilərimdən yoxdur, ey. Dilçiliyin, Azərbaycan dilinin inkişafı üçün pulsuz-parasız, təmənnasız alın təri tökürlər, amma qədirlərini bilən yoxdur. Ancaq orfoqrafiya lüğətini hazırlayanlar əndrəbadi sözləri dilimizə daxil edərək, qəlizləşdirirlər, hələ buna görə maaş alırlar. Sonra da adını qoyurlar müasirləşmə.
Başınıza dəysin müasirliyiniz…

MİA.AZ

Chosen
121
mia.az

1Sources