EN

"Qarabağ"ın qələbəsi Azərbaycanın qazancını artırdı -UEFA reytinqi

  Çempionlar Liqasında pley-off mərhələsinin ilk görüşləri start götürüb.

Referans -ın məlumatına görə, ötən gecə baş tutan oyunlardan sonra ölkələrin UEFA reytinqi yenilənib.

Azərbaycan əmsallar cədvəlində xal ehtiyatını artıra bilib. Buna "Qarabağ"ın Çempionlar Liqasındakı uğurlu nəticəsi şərait yaradıb. Macarıstan "Ferentsvaroş"unu səfərdə 3:1 hesabı ilə məğlub edən Qurban Qurbanovun komandası ölkəmizin hesabına daha 0.250 əmsal əlavə edib. 

Nəticədə cari mövsümdə qazanılan əmsal isə 2.375-ə yüksəlib. Hazırda ölkəmizin ümumi xal ehtiyatı 19.500-ə bərabərdir. Qitə sıralamasında 28-ci yerdə olan Azərbaycanın mövqeyi dünənki oyunlardan sonra dəyişməyib. Ən yaxın izləyicimiz Bolqarıstanın 18,375 xalı var. Bir pillə öndə - 27-ci yerdə qərarlaşmış Ukraynanın xal ehtiyatı isə 19,725-dir.

55 ölkənin yer aldığı əmsallar cədvəlinə İngiltərə (90.839) başçılıq edir.    

Chosen
66
9
referans.az

10Sources