EN

Musk yeni partiya yaratmayacağını, Vensi dəstəkləyəcəyini deyib – WSJ

İlon Mask ABŞ-da yeni siyasi partiya yaratmaq planından daşınıb. Bu barədə  məsələ ilə tanış mənbələrə istinadən Wall Street Journal çərşənbə günü xəbər verib.

Nəşrin məlumatına görə, milyarder  üçüncü partiyaların seçki kampaniyalarını təşkil edən qrupla nəzərdə tutulan görüşü ləğv edib və tərəfdarlarına şirkətlərinin idarə olunmasına diqqət yetirmək, habelə nüfuzlu respublikaçılarla münasibətləri pozmamaq istədiyini bildirib.

Mask iyulda “Amerika Partiyası”nın yaradıldığını elan edib, ilkin məqsəd kimi Senatda iki-üç, Nümayəndələr Palatasında isə səkkiz-on yer qazanmaq istədiyini bildirib.

 Bu plan onun ABŞ prezidenti Donald Tramp ilə açıq mübahisəsindən sonra açıqlanıb.

Layihənin dərhal reallaşdırılması təxirə salınsa da, Mask gələcəkdə siyasi fəaliyyət imkanlarını, o cümlədən vitse-prezident C.D. Vensin 2028-ci il prezident seçkisi kampaniyasına mümkün maliyyə dəstəyi göstərəcəyini bildirib.

N.Təbrizli

Chosen
50
anews.az

1Sources