EN

Bu şəxslər pensiyaya çıxdıqdan sonra da İŞLƏYƏ BİLƏCƏK

Azərbaycanda pensiya yaşı tamam olan şəxslərin əlavə iş fəaliyyəti ilə bağlı hansı məhdudiyyətlərin mövcud olub-olmaması tez-tez müzakirə olunur. Xüsusilə, pensiyaçıların həm əmək haqqı, həm də pensiya alıb-ala bilməsi mövzusu ictimaiyyət üçün maraq doğurur.

Mövzu ilə bağlı millət vəkili Vüqar Bayramov Bizim.Media-ya açıqlama verib.

Deputat bildirib ki, pensiya yaşı tamam olan vətəndaşların həm dövlət, həm də özəl sektorda işləmək hüququ qorunur:

“Bir sıra sahələrdə, xüsusilə təhsil, səhiyyə və oxşar sektorlarda 65 yaşı tamam olan şəxslərin əmək müqaviləsi ildə bir dəfə uzadılmaqla 70 yaşa qədər davam etdirilə bilər. Bu isə həmin sahələrdə təcrübəli kadrların fəaliyyətini davam etdirməsinə şərait yaradır”.

Millət vəkilinin sözlərinə görə, özəl sektorda pensiyaçıların işləməsi ilə bağlı heç bir məhdudiyyət mövcud deyil:

“Pensiyaya çıxmış və paralel olaraq işləməyə davam edən şəxslərin pensiya məbləği də hər 6 ildən bir yenidən hesablanır. Bu zaman onların sosial sığorta hesabında toplanmış vəsait 72-yə bölünərək pensiyaya əlavə olunur. Məsələn, əgər vətəndaşımızın pensiyası 500 manatdırsa və o, 6 il ərzində işləməyə davam edirsə, yığılmış kapital əsasında pensiyasına əlavə olunur. Bu, pensiyaçılarımız üçün həm gəlir, həm də pensiya artımı deməkdir”, - deyə deputat əlavə edib.

Aygün Hüseyn, Bizim.Media

Chosen
62
5
bizim.media

6Sources