Böyük Britaniya və Ukrayna gələcək illərdə seçki məsələləri üzrə əməkdaşlığın inkişafı və dərinləşdirilməsi haqqında saziş imzalayıblar.
Publika.az xəbər verir ki, bu barədə Böyük Britaniya Seçki Komissiyasının saytında məlumat yayılıb.
Böyük Britaniya Seçki Komissiyasının baş icraçı direktoru Vijay Rangaracan deyib:
"İctimaiyyətdə etimadı ruhlandıran yaxşı təşkil olunmuş seçkilərin keçirilməsi sağlam və azad demokratiya üçün vacibdir. Biz Ukraynanı müharibədən sonrakı gələcək seçkilərə hazırlaşarkən dəstəkləməyə hazırıq".