EN

Ayağı sınan rusiyalı alpinist bir həftədir 7 min metr yüksəklikdə yardım gözləyir

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

47 yaşlı rusiyalı alpinist Nataliya Naqovitsina Qırğızıstandakı Pobeda zirvəsindən (7439 metr) enərkən ayağını sındırıb və bir həftədir ki, yeddi min metr yüksəklikdə kömək gözləyir.

Oxu.Az xəbər verir ki, bu barədə "Mash" məlumat yayıb.

Məlumata görə, alpinist zirvədə yeməksiz və demək olar ki, susuz qalıb. Qırğızıstanın Fövqəladə Hallar Nazirliyi və Müdafiə Nazirliyi iki dəfə Naqovitsinanı zirvədən endirməyə çalışdıqlarını, lakin əlverişsiz hava şəraitinin xilasedicilərə mane olduğunu bildiriblər.

Dron çəkilişləri alpinistin hələ də sağ olduğunu və yırtıq çadırda qaldığını göstərir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
28
oxu.az

1Sources