Misli Premyer Liqasında 2025/26 mövsümünün ilk turuna yekun vurulub.
Bizim.Media xəbər verir ki, bu gün turun daha bir matçı keçirilib. “Zirə” öz meydanında “Araz-Naxçıvan”ı qəbul edib.
Ötən mövsümün gümüş və bürünc medalçılarının qarşıdurması 1:1 hesablı heç-heçə ilə başa çatıb. Matçı Rəvan Həmzəzadə idarə edib.
Misli Premyer Liqası
1-ci dövrə, 1-ci tur
19 avqust (çərşənbə axşamı)
20:00. “Zirə” - “Araz-Naxçıvan” - 1:1
Qollar: İssa Cibrila, 45+1 (1:0), Bəxtiyar Həsənalızadə, 65 (1:1)
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Kərim Zeynalov, Elvin Bayramov
VAR: Nicat İsmayıllı
AVAR: Asiman Əzizli
Zirə İdman Kompleksinin stadionu
15 avqust (cümə)
“Karvan” - “Qəbələ” - 1:1
16 avqust (şənbə)
“Neftçi” - “Şamaxı” - 1:1
“İmişli” - “Turan Tovuz” - 0:1
17 avqust (bazar)
“Sumqayıt” - “Kəpəz” - 3:0
Qeyd edək ki, ilk turun "Sabah" - "Qarabağ" matçı təxirə salınıb.
Bizim.Media