EN

Universitetlərin təhsil haqları niyə bahalaşıb? – Nazirlikdən açıqlama

Azərbaycanda bır sıra ali təhsil müəssisələrində illik təhsil haqları artırılıb. Qiymət artımı bəzi universitetlərdə 100-800 arasında, bəzilərində 1500 manat olub.

FED.az-ın məlumatına görə, Elm və Təhsil Nazirliyindən bildirilib ki, dövlət sifarişi ilə ali təhsil müəssisələrində kadr hazırlığı adambaşına maliyyələşdirmə prinsipi əsasında həyata keçirilir.

Əlavə olaraq qeyd edilib ki, hər il dövlət sifarişinin yerinə yetirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin məbləği Nazirlər Kabineti tərəfindən təsdiq edilən hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı əsasında müəyyən olunur:

“Məlumat üçün bildiririk ki, ötən il Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və əsas (baza ali) tibb təhsili, magistratura, rezidentura və doktorantura səviyyələrində hər bir təhsilalana düşən illik təhsil xərclərinin (dövlət büdcəsi tərəfindən təhsil müəssisələrinə ödənilən) miqdarı orta hesabla 25 % artırılmışdır”.

Nazirlikdən verilən məlumata görə, ödənişli əsaslarla təhsil alanların illik təhsil haqqı məbləği isə tabeliyində ali təhsil müəssisəsi olan nazirlik, komitə və təşkilatların təklifləri nəzərə alınaraq Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə təsdiq edilir (Modern.az).

Chosen
92
3
fed.az

10Sources