EN

Budapeştdə “Qarabağ” fırtınası... - Yenilənib-Video

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin oyunlarına start veriləcək.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” da meydana çıxacaq. 

Ağdam klubu səfərdə Macarıstan çempionu “Ferentsvaroş”un qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə 23:00-da start götürəcək. 

Görüşü Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 27-də Bakıda olacaq.

UEFA Çempionlar Liqası

Pley-off, ilk oyun

19 avqust

23:00. “Ferentsvaroş” (Macarıstan) -“Qarabağ” (Azərbaycan)
Budapeşt, “Groupama Arena”

***

Komandaların start heyətləri açıqlanıb.

“Qarabağ”: 99. Mateuş Koxalski, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 2. Mateus Silva, 44. Elvin Cəfərquliyev, 8. Marko Yankoviç, 35. Pedro Bikalho, 20. Kadi, 15. Leandro Andrade, 10. Abdullah Zoubir (k), 90. Nəriman Axundzadə

Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 97. Fabian Buntiç, 3. Mmaee 21. Aleksey Kaşuk, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 32. Hikmət Cəbrayılzadə, 11. Emmanuel Addai, 6. Kris Kuaku, 27. Toral Bayramov, 18. Dani Bolt

“Ferensvaroş”: 90. Dibuş (k), 3. Qartenmann, 19. B. Varqa, 22. G. Szalai, 23. Ötvös, 25. Makrekis, 28. Raemaekers, 36. Kaniçovsky, 47. O'Dovda, 64. A. Tof, 75. Cosef

Ehtiyat oyunçular: 63. Radnoti, 99. Qrof, 5. Keyta, 7. Arzani, 8. Peşiç, 10. Levi, 16. Zakariassen, 21. Botka, 27. Sisse, 30. Qruber, 33. Kadu, 77. Nagi

***

Matç başladı.

***

“Ferentsvaroş” hesabı açır. 29-cu dəqiqədə Varqa komandasını hesabda irəli keçirir.

***

Fasilə.

***

İkinci hissə başladı.

***

Marko Yankoviç 49-cu dəqiqədə hesabı bərabərləşdirir.

***

Medina 67-ci dəqiqədə Ağdam təmsilçisini hesabda önə çıxarır.

***

85-ci dəqiqədə Musa Qurbanlı hesab arasındakı fərqi artırır.

***

Matç bitdi. Görüş “Qarabağ”ın 3:1 hesablı qələbəsi ilə başa çatdı. Ağdam təmsilçisi səfərdə möhtəşəm geridönüş edərək, vacib qələbə qazandı.










Chosen
75
26
qafqazinfo.az

10Sources