EN

Ərdoğan NATO Baş katibi ilə danışdı

NATO-nun Baş katibi Mark Rutte ABŞ prezidenti və Aİ liderləri ilə görüşdən sonra Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana zəng edib.

Bu haqda “TRT Haber” məlumat yayıb.

Söhbət zamanı Ukrayna-Rusiya sülh prosesi ilə bağlı son hadisələr müzakirə olunub. Həmçinin Türkiyənin Ukrayna sülh prosesində və Qara dəniz təhlükəsizliyində həlledici rolu da müzakirə edilib.

Ərdoğan və Rutte, həmçinin etibarlı və davamlı təhlükəsizlik təminatları ilə bağlı fikir mübadiləsi aparıblar.

"Cebheinfo.az" 

Chosen
108
5
cebheinfo.az

10Sources