EN

İrəvandan Minskə getdi

Ermənistanda səfərdə olan İran Prezidenti Məsud Pezeşkian belaruslu həmkarının rəsmi dəvəti ilə Minskə uçub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə BELTA xəbər agentliyi məlumat yayıb.

Belarus Prezidenti Aleksandr Lukaşenkonun mətbuat xidmətinin yaydığı məlumata görə, ölkə rəhbəri avqustun 20-də Müstəqillik Sarayında Məsud Pezeşkianla dar və geniş tərkibdə danışıqlar aparacaq, bundan sonra ikitərəfli sənədlər imzalanacaq.

Chosen
9
1
qafqazinfo.az

1Sources