“Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi animasiya filmləri üzərində işləyir.
QHT.az xəbər verir ki, Gənclər Fondunun “Rəqəmsal” mövzulu qrant müsabiqəsinin qalibi olan İctimai Birlik 1 aprel 2025-ci ildən “Texno-mifləri dağıdırıq!” layihəsini icra edir. Layihə çərçivəsində texnologiya ilə bağlı doğru və yanlış məlumatların izahı üçün səkkiz animasiya filmi hazırlanır. Onlar “YouTube” kanalında yayımlanıb. Layihə 31 avqust 2025-ci ildə yekunlaşacaq.
Layihənin davamı ilə bağlı danışan “Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Tükəzban Süleymanova bildirib ki, animasiya janrında yeni mövzular üzərində də düşünülür:
“Biz yalnız bu layihə ilə kifayətlənməyəcəyik. Başqa mövzularda da animasiya filmlərinin hazırlanması planlaşdırılır. Konkret istiqamətlər müəyyənləşdikdən sonra ictimaiyyətə daha ətraflı məlumat veriləcək”.
Pərvanə Fərhadqızı