EN

İyul ayında Türkiyədə ümumi neft hasilatı 4 milyon barel təşkil edib

BAKI, TurkicWorld, Səməd Əyyubov

İyul ayında Türkiyədə ümumi neft hasilatı 4 milyon barel, təbii qaz hasilatı isə 288 milyon kubmetr təşkil edib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, həm neft, həm də qaz hasilatı fasiləsiz davam etdirilir. Bu dövrdə neft ekvivalenti ilə birlikdə ümumi hasilat 5,7 milyon barelə çatıb.

Enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, ölkənin yerli resurslarının iqtisadi dövriyyəyə daxil edilməsi üçün gecə-gündüz çalışdıqlarını vurğulayıb. O, xüsusilə Qabar neft yatağı və Sakarya qaz yatağında istehsalın artırılması üçün işlərin sürətləndirildiyini qeyd edib.

Onun sözlərinə görə, “enerjinin tam müstəqilliyi” hədəfi istiqamətində ölkə daxilində və xaricdə hasilat əməliyyatları daha da genişləndiriləcək. Nəticədə, Türkiyənin enerji sahəsində özünə yetən bir dövlətə çevrilməsi məqsədi güdülür.

Qeyd edək ki, ölkə xaricində də mühüm həcmdə hasilat həyata keçirilir. Xarici əməliyyatlar çərçivəsində bir ayda 339 milyon kubmetr təbii qaz və 1,1 milyon barel neft çıxarılıb. Daxili və xarici hasilat əməliyyatları sayəsində Türkiyənin neft tələbatının 15 faizi, təbii qaz ehtiyacının isə 16 faizi ödənilir.

Chosen
39
turkic.world

1Sources