EN

İran və Ermənistan prezidentləri nələri müzakirə etdi?

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan və iranlı həmkarı Məsud Pezeşkian regional gündəmdəki məsələləri, o cümlədən kommunikasiyaların açılmasını müzakirə ediblər.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Xaçaturyan bildirib ki, İran liderinin səfəri Ermənistan-İran münasibətlərinin daha da möhkəmlənməsi üçün stimul olacaq

Tərəflər siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivlərini nəzərdən keçirib, səfər zamanı əldə olunmuş razılaşmaları müsbət qiymətləndiriblər.

Chosen
54
2
axar.az

10Sources