"Sabah" basketbol klubunun yeni mövsüm üçün hazırlıq planı bəlli olub.
"Football-plus.az" xəbər verir ki, "bayquşlar" avqustun 24-də Litvaya yollanacaq.
Ölkə çempionu toplanış zamanı 6 yoxlama oyunu keçirəcək. Paytaxt təmsilçisi sınaq matçlarında Litvanın “Nevejis”, “Jalgiris”, “Neptunas”, “Litkabelis” “Qarqjday” və “Ritas” klubları ilə üz-üzə gələcək.
Təlim-məşq toplanışı Bristonas, Palanqa və Vilnüs şəhərlərində olacaq.