EN

Böyük Britaniyada xərçəngi aşkarlamaq üçün yeni cihaz hazırlandı

ain.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Böyük Britaniyanın Varvik Universitetinin alimləri xərçəngin yayılmasını daha asan müəyyən etməyə imkan verən almaz əsaslı sensor hazırlayıblar.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, onların yaratdığı əl cihazı bədənə yeridilən kiçik maqnit hissəciklərini izləmək üçün nəzərdə tutulub.

Məlumata görə, bu texnologiya hazırda xəstəxanalarda istifadə olunan radioaktiv markerlərin və boyaların zərərsiz alternativinə çevrilə bilər.

Bu cihaz şişə yeridilən və dəmir oksid nanohissəciklərindən ibarət olan maqnit markerini aşkar edə bilir. Marker bədəndə xərçəng hüceyrələri ilə birlikdə hərəkət edərək, onların limfa düyünlərinə çatıb-çatmadığını üzə çıxarır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
43
4
sherg.az

10Sources