EN

Portuqaliya tarixinin ən dağıdıcı meşə yanğınları ilə üz-üzədir

BAKI, TurkicWorld, Səməd Əyyubov

Portuqaliya avqust ayının əvvəlindən bəri tarixinin ən dağıdıcı meşə yanğınları ilə üz-üzədir.

TurkicWorld xəbər verir ki, Avropa Meşə Yanğınları Məlumat Sisteminin (EFFIS) açıqlamasına görə, bu il ölkədə 216 min hektardan çox ərazi yanıb. Onun böyük hissəsi yalnız avqust ayında baş verən yanğınların nəticəsidir.

Hazırda ölkənin müxtəlif bölgələrində yanğınlar hələ də davam edir. Yanğınların söndürülməsinə 5 mindən artıq yanğınsöndürən, 42 hava vasitəsi və 300-dən çox texnika cəlb olunub. Son iki gündə 64 min hektar sahənin külə dönməsi vəziyyəti daha da gərginləşdirib.

Qeyd edək ki, yalnız 2025-ci ildə Portuqaliya ərazisinin 2 faizindən çoxu yanğınlarla məhv olub. Bu göstərici ölkəni Avropa İttifaqında (Aİ) ən çox meşə sahəsi yanan dövlətə çevirib.

Rəsmi qurumlar yanğınların miqyasını son illərin ən böyüyü adlandırır və onların tam nəzarətə alınmasının olduqca çətin olduğunu vurğulayırlar. Hazırda ölkənin dörd müxtəlif bölgəsində genişmiqyaslı yanğınlar davam edir.

Chosen
80
turkic.world

1Sources