EN

Zəhra Poluxova: Misirdən Bakıya gedən moda yolu və geyimdə fəlsəfə

2025-ci ilin payız mövsümündə moda anlayışı təkcə geyimlə məhdudlaşmayacaq, həm də fərdi ifadə, hisslər və fəlsəfəni əhatə edəcək. Bu mövsüm nostalji ilə sakitliyin, zərifliklə sərtliyin birləşdiyi dövr kimi dizaynerlər üçün həm ilham, həm də dərin təhlil mənbəyi olacaq. Həm qadın, həm də kişi geyimlərində rahatlıq və sadəlik əsas xətt kimi seçiləcək.

Doğru.az “ucnoqta.az” istinadən xəbər verir ki, gənc dizayner Zəhra Poluxova həm Azərbaycanda, həm də Misirdə bir çox gözəllik yarışmalarında münsiflik edib. O bildirib ki, payız dəbində qadın geyimlərində retro motivlər, kişi geyimlərində isə minimalizm ön planda olacaq.

Zəhra Poluxova həmçinin qeyd edib ki, payız mövsümündə geyimlər gündəlik istifadəyə uyğun, təmiz və düz xətlərlə hazırlanacaq. Onun sözlərinə görə, hər bir modeldə payızın sakit və nostaljik havasını hiss etdirmək mümkündür.

Dizayner əlavə edib ki, kişilər modada daha rahat və açıq rəngləri, qadınlar isə daha sərt və iddialı tərzləri seçirlər. Bu tendensiya Z nəslinin təsirini əks etdirir, çünki kişilər daha rahat, qadınlar isə daha sərbəst və güclü görünmək istəyirlər.

Hazırda Misirdə yaşayan Zəhra Poluxova ekoloji təşəbbüslərə dəstək verdiyini, təkrar emal proseslərinin vacibliyini və təbiətin qorunmasını önə çəkib. O bildirib: “Arzum odur ki, dünya daha təmiz və hər kəs üçün daha gözəl bir yer olsun.”

Sonda dizayner gənclərə tövsiyə edib ki, başqalarının ideyalarını mənimsəmək əvəzinə, birbaşa əlaqə qurub icazə alsınlar və yaradıcılıqda həmişə dürüst olsunlar.

DOĞRU.AZ

image-img-20250819-wa0041 image-img-20250819-wa0039 image-img-20250819-wa0038

 

Chosen
77
1
dogru.az

2Sources