EN

Ağ Evin sözçüsü Azərbaycan səfirinin müsahibəsini paylaşdı

Ağ Evin mətbuat katibi Kerolayn Livitt Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahimin ölkənin aparıcı media orqanlarından biri olan "The Washington Examiner" jurnalına verdiyi geniş müsahibəni "X" sosial şəbəkəsində paylaşıb.

Publika.az xəbər verir ki, bu gün nəşr olunan müsahibə “Azərbaycan səfiri Azərbaycan-Ermənistan arasında tarixi razılaşmadan sonra Trampı "əsl sülhməramlı" adlandırıb” başlığı ilə yayımlanıb.

Səfir jurnalist Bredi Noksa verdiyi müsahibədə ABŞ Prezidenti Donald Trampın Azərbaycan və Ermənistan arasında əldə olunan tarixi razılaşmada həlledici rol oynadığını bildirib və onu “həqiqi sülh qurucusu” adlandırıb.

Diplomat 8 avqustda imzalanan tarixi sənəd barədə ətraflı məlumat verib. O qeyd edib ki, artıq xarici işlər nazirləri tərəfindən ilkin təsdiqlənən sənəd gələcəkdə imzalanacaq müqavilənin əsasını qoyur.

Chosen
63
5
publika.az

7Sources