EN

Əməliyyat zamanı xəstənin çılpaq görüntülərinin yayılması ilə bağlı araşdırma aparılır

Sosial şəbəkədə narkozda olan qadının uyğunsuz vəziyyətdə görüntülərinin yayılması ilə bağlı Baş Prokurorluqda araşdırma aparılır.

Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Əməliyyat zamanı daha bir biabırçılıq: Xəstənin çılpaq görüntüləri yayıldı – VİDEO


Qeyd edilib ki, araşdırmanın nəticələrinə uyğun sözügedən məsələ ilə bağlı tədbirlər görüləcək.

Xatırladaq ki, Bakıda fəaliyyət göstərən klinikaların birində əməliyyat proseduru zamanı daha bir qeyri-etik görüntülər yayılıb. Görüntülərdə qadın xəstənin bədəni çılpaq halda nümayiş olunub. Videoda Abdullayeva Gülbədə digər həmkarları ilə sözügedən məqamda oynayaraq videoçəkiliş edib. Görüntülər “Dost Estetik Mərkəzi”ndə çəkilib.

Bizim.Media

Chosen
106
bizim.media

1Sources