EN

Şərurdakı “Əmioğlu” kafesində ciddi nöqsanlar aşkarlanıb

Naxçıvan, 19 avqust, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan dövlət nəzarəti tədbirləri zamanı Şərur şəhəri Kapitan Seyidov küçəsində fəaliyyət göstərən “Əmioğlu” kafesində ciddi nöqsanlar aşkar edilib.

Agentlikdən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, kafedə sanitar-gigiyenik qaydalara əməl olunmadığı, alət və avadanlıqların yararsız vəziyyətdə olduğu, dezinfeksiya işlərinin aparılmadığı, mal qonşuluğu prinsipinə riayət edilmədiyi, işçilərin tibbi müayinələrdən keçmədiyi aşkarlanıb. Nöqsanların aradan qaldırılması üçün müvafiq göstərişlər verilib və çatışmazlıqlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb.

“Agentlik tərəfindən bu kimi halların baş verməməsi məqsədilə bütün qida obyektləri sahibləri dəfələrlə maarifləndirilib və müvafiq göstərişlər verilib. Verilmiş tapşırıqların yerinə yetirilməsi və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində nəzarət tədbirləri davam etdirilir və aşkarlanmış nöqsanlarla bağlı zəruri tədbirlər görüləcək”, - deyə məlumatda vurğulanıb.

Chosen
18
7
azertag.az

10Sources