EN

18 kq 500 qram narkotik vasitə aşkarlandı – DİN-dən əməliyyat


Paytaxtın Binəqədi və Yardımlı rayonunda keçirilən əməliyyatlar zamanı mütəşəkkil dəstə üzvləri - əvvəllər məhkum olunmuş Malik Rəsulov, Şahin Hüseynzadə, Ayxan Rüstəmzadə və Surac Məmmədli saxlanılıblar.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, onlara məxsus mənzil və avtomobildən 18 kq 500 qram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və ölkəyə yeni gətirilən 1435 ədəd güclü təsiredici gabapentin həbi aşkarlanıb:
“Saxlanılanların şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək narkotik vasitələri gizlədilən ünvanlardan əldə etdikləri və satış məqsədi ilə əvvəlcədən təyin edilən nöqtələrə yerləşdirməyi planlaşdırdıqları məlum olub.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Əməliyyat tədbirləri davam etdirilir”.
 
Chosen
21
22
yeniavaz.com

10Sources