Bu gün Azərbaycan Futzal Federasiyasının iclası baş tutub.

Offsideplus.az xəbər verir ki, iclasda yeni mövsümə hazırlıq, Yüksək və Birinci liqalarda iştirak edəcək komandaların siyahısı müzakirə olunub. Yüksək Liqada 6, Birinci Liqada 10 komanda yarışacaq. Yüksək Liqada mübarizə 4 dövrədən və 20 turdan ibarət olacaq. Birinci Liqada isə komandalar 1 dövrə ərzində üz-üzə gələcəklər. Daha sonra ilk 4 pilləni tutan kollektivlər pley-off mərhələsində gücünü sınayacaq. Qeyd edək ki, Yüksək Liqada mövsümə sentyabrın 18-də start veriləcək.

Yüksək Liqa

2025-2026-cı illər mövsümünün iştirakçıları

Araz-Naxçıvan

Neftçi İK

Baku Fire 

Şuşa MFK

U-19

Lənkəran

Birinci Liqa

2025-2026-cı illər mövsümünün iştirakçıları:

PFL

Baku Fire-2

Xan-Lənkəran-2

Star Kargo

Timsport

Atletiko Baku

Trabzon - Azərbaycan

Ulduz

Dəstə Ordubad

Yeni Suraxanı