“Napoli” Ceymi Vardi ilə maraqlanır. Msport.az xəbər verir ki, 38 yaşlı hücumçu “Lester”dən ayrıldıqdan sonra azad agentdir.
Romelu Lukaku zədələndiyindən Neapol klubu yeni forvard axtarışındadır. Qeyd edək ki, Belçika millisinin üzvü 3 ay yaşıl meydanlardan kənarda qalacaq. Vardi onu əvəz edə biləcək mümkün namizədlər arasındadır.
Vardi ötən mövsüm İngiltərə Premyer Liqasında 35 oyunda 9 qol vurub və 4 məhsuldar ötürmə verib.