EN

Azərbaycanda minlərlə insan üçün kritik 3 gün

Cebheinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bu gün ali təhsil müəssisələrinə ixtisas seçiminin son günüdür.

Bəzi abituriyentlər sürətlə seçimlərini tamamlayır, bəziləri isə seçimlərini yenidən nəzərdən keçirir.

Hansı ixtisaslarda rəqabətin yüksək olub, digər sahələrdə isə boş yerlərin qalması hələ sual altındadır.

Bəs ümumi ixtisas seçimində yaranan mənzərə necədir? Hansı ixtisaslarda rəqabət artacaq, hansı qruplarda vəziyyət daha kritikdir?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən təhsil eksperti Elmin Nuri bildirdi ki, abituriyentərin bir çoxu ixtisas seçiminə hazırlıqlı gəlmişdi:

“İxtisas seçimi zamanı maraqlı müşahidələr apardıq, bir çox yeniliklər kəşf etdik. Bu il ki, abituriyentlər ötən illərə nisbətən daha hazırlıqlı və axtarışa meyilli idilər.

İstər statistikalarla bağlı, istərsə də hansı ixtisasların faydalı olması ilə bağlı kifayət qədər məlumatlı abituriyentlər vardı. Bununla yanaşı, seçimi valideynin öhdəsinə buraxan, hansı ixtisasa düşə biləcəyinin fərqində olmayan abituriyentlərlə də rastlaşdıq.

Bu il imtahanlar həddən artıq çətin keçdi və bəzi qruplarda hətta 100 ballıq həddi keçə bilməyənlərdə oldu. Buna görə də onlar istəksizcə nəyisə seçməyə məcbur oldular”. 

Onun sözlərinə görə, IV qrupda yüksək bal  toplayanların sayı artıb, əsas hədəf isə tibbdir:

“Bu il mənim üçün ən maraqlı qrup - IV qrup oldu. IV qrupun intelektual səviyyəsi daha yüksək həddə çatdı. 600 bal toplayanların ümumi sayı ötən illə nisbətdə 300-dən artıq fərqlə müşahidə olundu.

Ötən illəri III qrupda 972 nəfər 600-700 bal arası nəticə göstərmişdirsə, bu il onların sayı 1005 oldu. Arada 33 fərq var, IV qrupda isə bu fərq təxminən 330 olub. 

IV qrupun abituriyentlərini başqa səviyyə kimi dəyərləndirmək olar. Onların əksəriyyəti tibbi düşünür, bu qrupda 550 bal toplayıb balı tibbə çatmıyan abituriyent özünü kəsilmiş hiss edir.

I və II ixtisas qrupunda 550 bal toplayan abituriyent asanlıqla dövlət sifarişli bir çox ixtisaslara qəbul ola bilir. IV qrupda isə bu balla qeyri-tibb profilli ixtisaslara bu balla qəbul olmaq olar.

Məsələn, biologiya, kimya, bio-kimya, ekologiya və bir sıra ixtisaslara qəbul olmaq olar. Seçim zamanı müşahidə etdim ki, IV qrupdakı bir çox abituriyent tibbi hədəfləyir”.

Ekspert qeyd etdi ki, bu il hüquq və informasiya texnologiyaları ixtisaslarına maraq artıb:

“III ixtisas qrupunda abituriyentlərdə hüquqşunaslıq arzusu pik nöqtəyə çatıb. İlk 2 illə müqayisədə bu il artım müşahidə edilir.

III qrupda 500 baldan yüksək bal toplayan abituriyentlər hüquq ixtisasını istəyir. Təbii ki, III qrupda hüquqla digər ixtisasların eyni olmadığını anlaşılır. Amma əmək bazarındakı reallıqlar da nəzərə alınmalıdır.

Bu il II qrupda stabillik var, vəziyyətdə dəyişim gözlənilmir. İqtisadiyat profilli ixtisaslara həmişə olduğu kimi bu ildə təlabat vardı.

II qrupdakı maliyyə ixtisası bu il öz presteji ilə fərqləndi, artıq bu ilki abituriyntlərin çoxu iqtisadiyyat profilli ixtisasların “can”nın maliyyə olduğunu bilirdilər.

I qrupda abituriyentərin informasiya texnologiyaları kimi ixtisaslara maraq çoxdu. Bu qrupda da çox güclü abituriyent araşdırmalarının şahidi olduq.

Gərkinlik əsasən III və IV qruplarda olacaq, I və II qrup isə stabilliyi ilə fərqlənəcək”.

Qeyd edək ki, adətən ixtisas seçimi başa çatdıqdan sonra 3 gün ərzində nəticələr elan olunur.

Gülər

“Cebheinfo.az”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
12
1
cebheinfo.az

2Sources