EN

Rus dilində danışan futbolçuya sarı vərəqə verildi

Futbol üzrə Ukrayna çempionatında “Sisters” (Odessa) klubunun oyunçusu İrina Mayborodina rus dilindən istifadə etdiyi üçün cəzalandırılıb.

Sitat.info xəbər verir ki, oyun 17 avqustda keçirilib və “Sisters”in “Kolos” (Kovalivka) üzərində 2:1 hesablı qələbəsi ilə başa çatıb. Oyunun 42-ci dəqiqəsində baş hakim Anastasija Romanyuk Mayborodinaya sarı vərəqə göstərib.

Hakimin fikrincə, 32 yaşlı futbolçu rus dilində ifadələr işlədərək qeyri-idman davranışı nümayiş etdirib.
 

Chosen
72
1
sitat.info

2Sources