EN

Quba-Xınalıq yolunda yeni körpünün inşası yekunlaşır

Quba-Xınalıq yolunun 42-ci km-də sel sularının təsiri nəticəsində dağılan körpünün yerində yenisinin inşası son mərhələdədir.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, aparılan işlər çərçivəsində ilkin mərhələdə köhnə körpü sökülərək ərazi təmizlənib, suyun istiqaməti dəyişdirilib, tikinti sahəsi hazırlanıb. Texnoloji ardıcıllığa uyğun olaraq, daha sonra yeni körpünün tikintisi işlərinə başlanılıb.

Yeni körpü 12 metr uzunluğunda, metr enində və 1 aşırımlı olmaqla inşa edilib. Körpünün hər iki tərəfində piyada keçidi və istinad divarı tikilib. Hazırda körpü yanaşmalarının bərkidilməsi işləri aparılır.

Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, tərtib olunmuş qrafiklə icra olunur. İşlərin qısa zamanda yekunlaşdırılması üçün tikinti ərazisinə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Chosen
29
9
bakivaxti.az

10Sources