EN

Regionlarda dövlət qulluqçuları üçün növbəti təlimlər keçirilir

Bakı, 19 avqust, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 1-3-cü bəndlərində nəzərdə tutulmuş tədbirlər üzrə Dövlət İmtahan Mərkəzi əsas icraçı qurum olaraq müəyyən edilib. Bununla əlaqədar, Mərkəz tərəfindən 2025-ci ilin sonuna qədər Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə əsasən, bütün regionlarda dövlət qulluqçuları üçün təlimlər keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, növbəti təlimlər avqustun 19-dan 22-dək Zaqatala, Balakən, Qax rayonlarında və Şəki şəhərində təşkil olunacaq.

Bu gün Dövlət İmtahan Mərkəzinin əməkdaşları tərəfindən “Dövlət qulluğuna qəbul: nəzəri və praktiki məsələlər”, Dövlət qulluğunda vəzifələrin və ehtiyat kadrların idarə edilməsi” və “Dövlət müəssisələrində səmərəli ünsiyyət və komanda işi: qarşılıqlı əlaqənin təkmilləşdirilməsi üçün psixoloji vasitələr” mövzularında dövlət qulluqçuları üçün təlimlər keçirilib.

Təlimlər ilin sonunadək digər şəhər və rayonlarda davam edəcək.

Chosen
6
4
azertag.az

5Sources