EN

Quba Xınalıq yolunda yeni körpü tikilir

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Xaçmaz, 19 avqust, Elxan Yusifli, AZƏRTAC

Quba-Xınalıq yolunun 42-ci kilometrliyində sel sularının təsiri nəticəsində dağılan körpünün yerində yenisi inşa olunur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, agentlik tərəfindən inşa edilən körpünün tikintisi yekunlaşmaq üzrədir.

Aparılan işlər çərçivəsində ilkin mərhələdə köhnə körpü sökülərək ərazi təmizlənib, suyun istiqaməti dəyişdirilib, tikinti sahəsi hazırlandıqdan sonra yeni körpünün inşasına başlanılıb.

Biraşırımlı yeni körpünün uzunluğu 12, eni 9 metrdir. Körpünün hər iki tərəfində piyada keçidi və istinad divarı tikilib. Hazırda körpünün yanaşmalarının bərkidilməsi işləri aparılır.

Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, tərtib olunmuş qrafiklə icra edilir. İşlərin qısa zamanda yekunlaşdırılması üçün tikinti ərazisinə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
10
9
azertag.az

10Sources