EN

Tarsusda həyat yoldaşı tərəfindən bıçaqlanan gənc 15 gün sonra vəfat etdi

Tarsusda həyat yoldaşı tərəfindən bıçaqlanan 25 yaşlı Ahmet Can Başlı, 15 gün müalicə olunduğu xəstəxanada vəfat edib. Hadisədən sonra həbs olunan Melek Başlı ilə bağlı istintaq davam edir.

News365.az xəbər verir ki, hadisə avqustun 4-də Mersinin Tarsus rayonunda, Şəhidlərtəpəsi məhəlləsindəki həyət evində baş verib. İddiaya görə, 2 ay əvvəl evlənən Ahmet Can Başlı ilə həyat yoldaşı Melek Başlı (24) arasında mübahisə yaranıb. Qısa zamanda davaya çevrilən mübahisə zamanı Melek Başlı mətbəxdən götürdüyü bıçaqla ərini bədənin müxtəlif nahiyələrindən yaralayıb.

Qonşuların səs-küyə əsasən verdiyi xəbərdən sonra hadisə yerinə polis və təcili yardım briqadası çağırılıb. Yaralı Ahmet Can Başlı ilkin tibbi yardımın ardından Tarsus Dövlət Xəstəxanasına çatdırılıb. Polis tərəfindən saxlanılan Melek Başlı məhkəmə qərarı ilə həbs edilib.

Əməliyyat edilərək reanimasiya şöbəsinə yerləşdirilən Ahmet Can Başlı 15 gün sonra həyatını itirib. Onun meyiti otopsiya üçün Mersin Ədli Tibb Qurumu morquna göndərilib.

News365.az 

Chosen
126
2
news365.az

10Sources