EN

Rusiyalı deputatın qardaşı Ukraynada müharibədə ölüb

Rusiya Dövlət Dumasının deputatı Vitali Milonovun doğma qardaşı Ukraynada müharibədə ölüb.

Bakues.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Deputatın ofisindən RT-yə verilən məlumata görə, onun qardaşı müharibəyə könüllü yollanıb, Luqanskda kəşfiyyat bölmələrindən birində xidmət edib.

Döyüşlərdən birində yaralanıb və hospitala yerləşdirilib.

Lakin sonradan vəziyyəti kəskin pisləşib və ölüb.

Chosen
38
8
icma.az

9Sources