EN

“Barselona”nın stadionunda təhlükəsizliklə bağlı nöqsanlar aşkarlanıb

Bakı, 19 avqust, AZƏRTAC

İspaniyanın “Barselona” klubunun ev oyunlarını keçirdiyi "Kamp Nou" stadionunda təhlükəsizliklə bağlı nöqsanlar aşkarlanıb.

AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin rəhbərliyi yenidənqurma işləri yekunlaşmaq üzrə olan arenadan istifadə etmək üçün şəhər hakimiyyətindən icazə ala bilməyib.

Belə ki, cənub qapısı ətrafındakı ərazilərdə rəsmi matçın keçirilməsinə mane ola biləcək təhlükəsizlik çatışmazlıqları aşkar edilib. Stadionun digər sahələrinin də təkmilləşdirilməsi üçün xəbərdarlıq edilib.

Klub nöqsanları aradan qaldırmalı və avqustun 28-dək UEFA-ya “Kamp Nou”da oyunlarını keçirə biləcəyi barədə məlumat verməlidir.

“Barselona” La Liqada “Valensiya” və “Xetafe” ilə görüşləri doğma meydanda oynamağı planlaşdırır. Bu qarşılaşmalar sentyabrın 14-ü və 21-nə nəzərdə tutulub.

Qeyd edək ki, stadionda yenidənqurma işlərinə 2022-ci ilin iyun ayında başlanılıb. İdman qurğusunun ilk olaraq 2024-cü ilin payızında istifadəyə verilməsi planlaşdırılırdı, lakin sonradan 2025-ci ilin aprelinə, daha sonra isə avqusta təxirə salınıb.

Chosen
9
1
azertag.az

2Sources