Ermənistan baş nazirinin aparat rəhbəri Arayik Arutyunyan öz “Facebook” səhifəsində baş nazir Nikol Paşinyan İran İslam Respublikasının prezidenti Məsud Pezeşkianı qəbul etməsindən və görüşlərin nəzərdə tutulduğundan uzun çəkməsinin səbəblərindən yazıb.
Hafta.az xəbər verir ki, bu haqda “Armenian Times” məlumat yayıb.
Aparat rəhbərinin sözlərinə görə, müzakirələr nəzərdə tutulduğundan xeyli uzun çəkib, bu isə o deməkdir ki, böyük gündəm var.
O vurğulayıb ki, tərəflər münasibətləri strateji əməkdaşlıq səviyyəsinə qaldırmağın vaxtı çatdığını xüsusi vurğulayıblar.
Daha əvvəl xəbər verilib ki, sözügedən görüş zamanı Ermənistan və İran rəsmiləri arasında bir sıra əməkdaşlıq sənədləri imzalanıb. İran prezidentinin səfəri çərçivəsində avqustun 19-da İrəvanda Ermənistan-İran biznes forumu da keçiriləcək.