EN

Məktəbəhazırlıq qruplarına 23 mindən çox uşaq qeydiyyatdan keçib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına 23 min 46 uşaq elektron qeydiyyatdan keçib.

BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, Elektron qeydiyyatdan keçən uşaqlardan 19 min 800 nəfəri üçün aktiv sorğu yerləşdirilib.

Valideynlər (digər qanuni nümayəndələr) mektebeqebul.edu.az elektron sistemi vasitəsilə özünün və övladının şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçə bilər.

Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi 9 iyul, tədris digər dillərdə aparılan bölmələr üzrə məktəb və müəllim seçimi isə 10 iyuldan aktiv edilib.

Məktəbəhazırlıq qruplarına cari ildə 5 yaşı tamam olan uşaqlar (2020-ci il təvəllüdlü) qəbul edilirlər.

Qeyd edək ki, məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir.

Chosen
22
19
yeniazerbaycan.com

10Sources