EN

Qazın saxlanması ilə bağlı hüquqi mexanizm təsdiqləndi

BAKI, 19 avqust. TELEQRAF

Prezident İlham Əliyev “Lisenziyalar və icazələr haqqında” Qanuna dəyişiklik edib.

Teleqraf xəbər verir ki, yeni dəyişiklik qazın saxlanması fəaliyyətinin icazə tələb olunan sahələr siyahısına daxil edilməsini nəzərdə tutur.

Qanuna əsasən, “Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı”nın 61-ci maddəsi yeni redaksiyada təqdim olunub və “qazın saxlanmasına icazə” verilməsi norması əlavə olunub.

Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 10-cu bəndlərinə əsasən qəbul olunub.

Qanun 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək.

Chosen
77
teleqraf.com

1Sources