EN

Beyoğlu Bələdiyyə Başçısı vəzifəsindən kənarlaşdırılıb

BAKI, TurkicWorld, Nərmin Ağayeva

Türkiyədə İstanbulun Beyoğlu Bələdiyyə Başçısı İnan Güney vəzifəsindən uzaqlaşdırılıb.

TurkicWorld xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyi Güneyin İstanbul Böyükşəhər Bələdiyyəsi ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılaraq həbs edildiyini və vəzifədən kənarlaşdırıldığını açıqlayıb.

Qeyd edək ki,İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaqda “cinayət təşkilatına rəhbərlik”, “cinayət təşkilatına üzv olmaq”, “qəsbkarlıq”, “rüşvət alma”, “ağırlaşdırılmış fırıldaqçılıq”, “dələduzluq” və “tender saxtakarlığı” kimi ittihamlarda müqəssir bilinən Beyoğlu Bələdiyyə Başçısı İnan Güney və daha 39 nəfər Avqustun 15-də saxlanılmışdı.

Chosen
33
turkic.world

1Sources