EN

Liderlərlə görüşdə Tramp Ermənistanla Azərbaycan arasında barışıqdan da danışıb

Məlum olduğu kimi, ABŞ Prezidenti Donald Tramp avqustun 18-də Ağ Evdə Ukrayna lideri Volodimir Zelenski və Avropa ölkələrinin rəhbərləri ilə görüş keçirib.

Tramp həmin görüşdə Ermənistanla Azərbaycan arasında barışığa dair səylərinə də toxunub.

ABŞ lideri bildirib ki, öz prezidentliyi dövründə artıq 6 müharibəyə son qoyub:

“Məsələn, Konqoda müharibə 30 ildən artıq davam edib. Bundan əlavə, ötən həftə Ermənistanla Azərbaycan arasında 35 il davam edən münaqişəni bitirdim. Bunlar iki möhtəşəm ölkədir”.

Chosen
26
11
herbiand.az

10Sources