EN

Zelenski Ukrayna nümayəndə heyətinin sonrakı addımlarını açıqlayıb

Bakı. Trend:

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ lideri Donald Tramp vəavropalı müttəfiqləri ilə görüşündən sonra Ukrayna nümayəndəheyətinin növbəti addımlarını açıqlayıb.

Trend bu barədədövlət başçısının “Telegram” kanalına istinadən xəbər verir.

“Dünən Vaşinqtonda ABŞ Prezidenti və Avropa liderləri ilə mühümdanışıqlar aparıldı. Həqiqətən, müharibənin dayandırılmasıUkraynanın və xalqımızın təhlükəsizliyinə doğru atılacaqəhəmiyyətli addımdır. Biz artıq təhlükəsizlik zəmanətlərininkonkret məzmunu üzərində işləyirik”, - o qeyd edib.

Zelenski əlavə edib ki, bu gün, avqustun 19-da liderlərsəviyyəsində koordinasiya davam edəcək, müzakirələr aparılacaq,müvafiq formatlar hazırlanacaq.

“Biz sabah işimizi davam etdirəcəyik. Milli təhlükəsizlikmüşavirləri də hazırda daimi əlaqədədir. Təhlükəsizlik təminatlarıolacaq. Biz tərəfdaşlıq, təhlükəsizlik zəmanətləri və Ukraynaxalqının cəsarəti sayəsində sülhə gedən yolun reallığa çevrilməsiüçün hər şeyi edəcəyik”, - dövlət başçısı vurğulayıb.

Xatırladaq ki, dünən, avqustun 18-də Ağ Evdə Donald Tramp,Volodimir Zelenski və bir sıra Avropa liderlərinin iştirakı ilədanışıqlar aparılıb.

Chosen
10
6
az.trend.az

7Sources