EN

Azərbaycan-Nepal əməkdaşlığının perspektivləri müzakirə edildi

Bakı.Trend:

19 avqust 2025-ci il tarixində Azərbaycan Respublikasının xariciişlər naziri Ceyhun Bayramov ilə Nepal Federativ DemokratikRespublikasının xarici işlər naziri Arzu Rana Deuba arasındatelefon danışığı aparılıb.

Trend xəbərverir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Nepalın xarici işlər naziri AzərbaycanRespublikasının Prezidentinin ABŞ-yə səfəri zamanı liderlərarasında keçirilmiş Sammitdə Azərbaycan-ABŞ arasında əldə edilmişrazılıqlar, habelə Azərbaycan-Ermənistan normallaşma prosesindənailiyyətlər münasibətilə təbriklərini çatdırıb.

Nazirlər iki ölkə arasında son illərdə ali və yüksək səviyyəlisiyasi təmasların təqdirəlayiq olduğunu bildiriblər. NepalınPrezidentinin COP29 çərçivəsində Azərbaycana səfəri məmnunluqlaxatırlanıb.

Bu il 30 illiyini qeyd etdiyimiz diplomatik münasibətlərinintensiv şəkildə inkişaf etdiyi, Nepala həyata keçirilmiş hökumətmissiyasının, Xarici İşlər Nazirlikləri arasında təşkil olunmuşsiyasi məsləhətləşmələrin əhəmiyyəti vurğulanıb.

Telefon danışığı zamanı, kitərəfli və çoxtərəfli əlaqələrininkişaf etdirilməsi, iqtisadi-ticarət, turizm, humanitar və digərsahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri nəzərdənkeçirilib. İki ölkə arasında beynəlxalq təşkilatlarda, QoşulmamaHərəkatı çərçivəsində əməkdaşlıq müsbət dəyərləndirilib, çoxtərəfliformatlarda qarşılıqlı dəstək fəaliyyətinin gücləndirilməsininvacibliyi vurğulanıb.

Telefon danışığında həmçinin qarşılıqlı maraq doğuran digərməsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Chosen
55
21
az.trend.az

10Sources